\"AND\"

Cavid Memmedli 20/01/2012

Qara Yanvar Gecəsinin (20 yanvar 1990-cı il) 20 yaşlı şəhidi Ülvi Bünyadzadənin ANDI

Mən, Bünyadzadə Ülvi Yusif oğlu, həyatımda ilk və son dəfə öz vicdanım qarşısında and içirəm; bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmayacağam; Azərbaycan torpağımın qürurdan, qeyrətdən yoğrulmuş adını müqəddəs tutacaq, bu ada ləkə vurmaq istəyən bütün ünsürlərə qarşı duracağam; öz Azərbaycanlı varlığıma, vicdanıma, məsləkimə, əsl-nəcabətimə, damarlarımda axan Azərbaycanlı qanına layiq oğul olacaq, qorxaqlığı, alçaqlığı, yaltaqlığı, özümə yaxın buraxmayacaq, nəyin bahasına olursa-olsun öz Azərbaycanlı \"mən\"imi təsdiq edəcəyəm.

Əgər vədimə xilaf çıxsam, qoy anamın südü, elimin çörəyi mənə haram olsun, Vətən üzü görməyim.

İmza: Bünyadzadə ÜLVİ. 10.IX-89.