"erməni Məhəbbəti..."

Cavid Memmedli 04/10/2012

"Göstərək ki, övladlarımız bütün ermənilərin onların qan düşmənləri olduqlarını bilsinlər. Andronikin qulağından uzaq, sonra kəllələrini erməni qoltuqlarına verməsinlər. Liberallıq adı altında xaricdə gördükləri ilk ermənini qucaqlayıb şəkillər çəkdirərək gündəmi zəbt etməsinlər. Kim olduqlarını unutmasınlar. Onlar Bakıda bulvarda gəzişərkən cəbhəboyu kəndlərdə yaşıdlarının ölüm ilə gizlənqaç oynadıqlarından xəbərsiz böyüməsinlər. Bəli, mən bir azərbaycanlı kimi erməni məhəbbətinə qarşı azərbaycanlı ədalətini təklif edirəm. Tam demokratik olaraq seçim sadəcə bizimdir."

   Orta Doğu Teknik Universiteti Türkiyədə sol kəsimin qalası hesab olunur. Dəniz Gəzmişlərə qucaq açmış təhsil olacağı Ərdoğanın hakimiyyəti dönəmində belə kommunizmi müdafiə etməkdən çəkinmir, tələbələri aparıcı partiyaya qarşı son dərəcə radikal bir mövqedə dayanırlar. Burada “faşizmə ölüm”, “tək yol devrim”, “yaşasın xalqların qardaşlığı” (nədənsə bunu eşidəndə “Xalqlar dostluğu” metrostansiyasının çıxışında dilənən qarı yadıma düşür) və s. şüarları tez-tez eşidirsən. Bəzi binalarda Leninin, Stalinin, hətta Marks “baba”larının şəkilləri asılıb. Deyilənlərə görə, Qorbaçov illər öncə universitetə gəlib burdakı vəziyyəti görəndə ağzı açıq qalır, heyrətlə bildirir ki, bəs, heç Rusiyada belə kommunistlər olmayıb. Kommunist tələbələr azərbaycanlıları sevmirlər. Erməniləri düşmən adlandırmağımız, onların əleyhinə müxtəlif kampaniyalar aparmağımız və “Böyük Azərbaycan” ideyamız onları qıcıqlandırır, bizə qarşı qısqanclıq və nifrət duyğularını işə salır. Bu cavanlar azərbaycanlıları “faşist” adlandırırlar.

    Məni narahat edən məsələ bu türkcə danışdıqlarını zənn edən sırğalı, saçları bellərinə çatan gədələrin qanıpozuqluğu deyil. Bəzi azərbaycanlı gənclər də indiyədək anlamadığım səbəblərə görə bizim millətin “vəhşət”indən dəm vuranda, ermənilərdən sülhsevər bir məhəbbət ilə söz açanda tüklərim biz-biz olur. Mən bu erməni məhəbbəti ilə bir neçə il öncə Moskvada da qarşılaşmışdım. Dostumla söhbətləşirdik, çay evinə başqa bir azərbaycanlı daxil oldu. Dostumun tanışı imiş, salamlaşdılar. Söhbətlərindən belə məlum oldu ki, bu adam səhərdən Andronikin anasının dəfn mərasimində ağsaqqallıq edirmiş: “Baxma, yenə qürbətdəyik. Uşaq yiyəsiz qalmasın deyə getdik, ölünü yerdən biz götürdük. Yas üçün Andronikin cibinə bir az da pul basdım. Rəhmətlik ilə indi olmasın çox çörək kəsmişdik”. Andronikin kim olduğunu soruşdum. Dedi ki, bərbərimdir, bir üz qırxır, gəl görəsən. Mən azərbaycanlılar ilə ermənilərin dostluğu haqqında daha öncə də eşitmişdim. Bizimkilərin erməni qızlar ilə ailə həyatı qurduqlarını da bilirdim. Amma bütün bunlar müharibədən öncə idi. İndi hər şey dəyişmişdi, axı dəyişməli idi. Əsəbdən kəkələyirdim: “Sən er.. mə..ni ilə dostsan...hə?” O isə kifayət qədər sakit idi, boğazını arıtladı: “Əlbəttə, burada nə var ki?! Sənin elə yaşın yoxdur, bala, az bilib, çox danışma. Bu Moskvada əksər oğlanlar məni hörmətli qardaş kimi qəbul edirlər. Özü də Andronik ilə mən yerliyik, qafqazlıyıq. Allah şeytana lənət eləsin. Bir hadisədir, olub da. Bizimkilər onları öldürüblər, ermənilər də bizimkiləri. Ona qalsa sənin xəbərin var gündə neçə həmyerlin öz azərbaycanlısını öldürür Moskvada? Dünyadan xəbərin yoxdur, amma ağzına gələni danışırsan”.

Mən həmin adamın boğazından yapışanda, qətiyyən, heç nədən xəbərim yox idi, nəyi isə öyrənmək də istəmirdim. Ancaq o an təkcə bir məsələni yaxşı başa düşmüşdüm ki, qatil olmaq elə çətin iş deyil.

    İlin əvvəli universitetdə başıma gələn bir hadisə məni bu erməni məhəbbətinin tək tərəfli olmadığına inandıra bildi. 26 fevraldan 2-3 gün öncə Türkiyə vətəndaşı bir erməni qızdan mənə mesaj gəldi: “Səni Ararat dağı qədər sevirəm... Bu gecə bir ulduz sürüşdü. Bir arzu tutdum ürəyimdə: Qarabağ sizin, mən sənin olum”. Bu qız bizim universitetdə oxuyur. Azərbaycanlılara çox oxşayır, onunla danışanda qara gözləri insanın diqqətini cəlb edir. Orta boyludur, uzun saçları var, gülümsəyəndə elə bilirsən ki, sən onu çoxdan, lap çoxdan tanıyırsan. Uzun və incə barmaqlarından birində yanıq izi var deyə həmişə üzük taxır. Mən onunla universitetin klublarından hansındasa tanış olmuşdum. Həmin mesajdan, təxminən, bir həftə öncə dərsdən çıxıb bərabər yataqxanalara tərəfə gedirdik, qəfil yağış başladığı üçün özümüzü ən yaxın kafeyə çatdırmışdıq. Türk dostum Nərmin ilə çay içib söhbətləşirdik. Milli məsələlərdən söz düşdü. O mənə hər yerin yaxşısının, pisinin olduğunu söylədi. Mən də gülümsəyərək dedim: “Haqlısan, amma yaxşı erməni yoxdur. Hə, ölü erməni yaxşı erməni ola bilər. Amma yaxşı olsaydı, biz onu öldürməzdik.” Qız tutuldu, rəngi qaçdı. Heç nə anlamamışdım, səbəbini soruşdum. Gözlərimin içinə baxdı, doluxsunmuşdu: “Atam İrəvan, anam isə Qarabağ ermənisidir”. 

    Çox utandım, elə bildim ki, dədəm mənə baxır, indi bu dəqiqə üzümə tüpürəcək. Deyəcək ki, məmləkətin hər gün şəhid verərkən sən Ankarada erməni qızı ilə həmsöhbət olursan. Çox şükür ki, yağış tez dayandı, yataqxanaya qaçdım və bir daha Nərmini görmədim. İndi isə həmin mesaj məni cin atına mindirmişdi, bircə bu çatışmırdı: adı və dili özgəsinin olan bir erməninin məhəbbəti! 

     Mən 1994-cü ildə doğulmuşam. Atəşkəs dönəminin uşağıyam. Üzbəüzümdə diri, canlı-qanlı erməni görməmişəm (Nərmini çıxmaq şərti ilə). Erməniləri onların özlərinin yazdıqları kitablardan tanımışam. Hər dəfə qazi qohumlarımın bədənlərinin yarımçıq yerlərini görəndə düşmənlərimi xatırlamışam. Nə zaman Laçına yox, İsmayıllıya getsək, onlar yadıma düşüb. Hər atəşkəsin pozulma xəbərini duyanda, bayrağa sarılmış tabutların üzərində saçını-başını yolan qadınların ağladıqlarını görəndə düşmənlərimi anmışam.

     Mən 1994-dən bəri hər yeni şəhid xəbəri ilə daha çox azərbaycanlı olmuşam. Bilirəm, gözlərinin önündə analarına təcavüz edilmiş körpələr də azərbaycanlı idilər, dil aça bilsəydilər Azərbaycan dilində danışacaqdılar. Tovuzda ermənilərin göndərdikləri oyuncaq bombanı sığallayan uşağın qolları, əlləri, ayaqları və başı parçalanarkən bir ah çəkməyə vaxtı olsaydı, çox güman ki, “ay ana” deyəcəkdi. Qarabağda minarələrini başımıza uçurub, içinə donuzlar doldurmasaydılar, 20 il ərzində dünyasını dəyişən qarabağlı doğmalarımızın cənazə namazında arxada dayanıb “Amin” deyəcəkdik. Ermənilər qəbirlərimizi qazıb kəfənlərimizi cırıb sümükləri təhqir etməsəydilər, bir bayram səhəri övladlarımızı üzlərini görmədikləri baba-nənələrinin məzarlarını ziyarət etməyə aparacaqdıq. 11-ci sinfi bitirməmiş itkin düşdükləri üçün attestatlarına şəhid yazılan döyüşçülərimizi ermənilər baharın əvvəlində açmış cənnət gülləri kimi həyatımızdan qoparmasaydılar, bu gün hərəsi bir müəllim, həkim, yazıçı olacaqdılar. Kaş bu hadisələr yaşanmayaydı. Kaş müharibə olmayaydı, ermənilər torpaqlarımızı işğal etməyəydilər. Namusumuza sataşmayaydılar. Bələkdəki balalarımızın gözlərini oymayaydılar. Biz bunu bir kommunistdən daha çox arzulayardıq. Amma indi “bu kaş ki”lər ilə heç Nazım Hikmət də şeir yaza bilməz. Kimsə məni irqçilikdə günahlandıra bilər, amma tam səmimiyyətimlə söyləyirəm, ermənilərin heç biri sevilməyə layiq deyil. “Yaxşı” olmaq ədalətli olmaqla eyni mənanı ifadə etmir. Yaxşılıq nisbidir, ədalət birdir, dəyişməzdir. Bütün insanlar üçün ədalət istəyirəm, elə azərbaycanlılar üçün də. Erməni dostları, içlərində düşmənlərimizə qarşı məhəbbət bəsləyən soysuz insanlar - onların sayı azdır, - ifşa edilməlidirlər. Həmin adamlara ölkəmizdə yaşamaq haqlarını itirdiklərini göstərməliyik. Gəlin, o şəxslərə layiq olduqları münasibəti göstərək.

    GöstErrək ki, övladlarımız bütün ermənilərin onların qan düşmənləri olduqlarını bilsinlər. Andronikin qulağından uzaq, sonra kəllələrini erməni qoltuqlarına verməsinlər. Liberallıq adı altında xaricdə gördükləri ilk ermənini qucaqlayıb şəkillər çəkdirərək gündəmi zəbt etməsinlər. Kim olduqlarını unutmasınlar. Onlar Bakıda bulvarda gəzişərkən cəbhəboyu kəndlərdə yaşıdlarının ölüm ilə gizlənqaç oynadıqlarından xəbərsiz böyüməsinlər. Bəli, mən bir azərbaycanlı kimi erməni məhəbbətinə qarşı azərbaycanlı ədalətini təklif edirəm. Tam demokratik olaraq seçim sadəcə bizimdir.


Yazan: Mirbəhram Azimbəyli