18 Oktyabr Dövlət Müstəqilliyi Günüdür !

Cavid Memmedli 18/10/2012

Eskişehir Azerbaycanlılar Derneği Yönetim Kurulu olaraq Dünyanın harasında yaşadığından asılı olmayaraq, bütün Azərbaycan Xalqının və eləcədə Dernek üyelerimizin \"18 Oktyabr Dövlət Müstəqilliyi Günü\"nü təbrik edirik! 

1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının növbədənkənar sessiyasında dövlət istiqlaliyyəti haqda bəyannamə qəbul olundu. “Azərbaycan xalqının ali dövlət maraqlarına əsaslanaraq, 1918-1920-ci illərdə Azərbaycanın artıq bir istiqlal dövlət kimi tanınması, Azərbaycan bir suveren dövlət kimi dünya ictimaiyəti tərəfindən tanınması, Azərbaycan konstitusiyana əsasən, bütün beynəlxalq normalara riayət edilməsi, milliyətindən asılı olmayaraq, bütün vətəndaşların insan hüququnu qorumaq, başqa dövlətlərin sərhədini tanımaq və pozmamaq, bütün ölkələrlə dostluq əlaqəsi yaratmaq, BMT və başqa beynəlxalq orqanlarının qanunlarına riayət etmək və başqa səbəblərlə əlaqədar Azərbaycan Respublikasını öz istiqlaliyətinin bərpa olunma qərarını qəbul edir.” 1991-ci il avqustun 30-da Azərbaycan Ali sovetinin Azərbaycan respublikasının istiqlaliyyəti haqda bəyannamə qəbul olundu və 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti Azərbaycanın istiqlaliyyəti barədə Konstitusiya aktı qəbul etdi. Azərbaycan Demokratik Respublikasının süqutundan 71 il sonra dövlətimiz öz istiqlaliyyətinə qovuşub. Qəbul olunan Konstitusiya Aktında Müstəqil Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının davamçısı olması faktı rəsmən təsbit olunub. Bu Konstitusiya Aktında göstərilir ki, Müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. Bu andan, yəni 1991-ci il oktyabrın 18-dən ölkəmiz istiqlal bir ölkədir.

1994-cü ilin 15 Oktyabr tarixindən Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü hər il qeyd edilir. 2006-cı il dekabrın 8-də isə Milli Məclis Əmək Məcəlləsində dəyişiklik edir. Həmin dəyişikliyə görə, 18 Oktyabr Müstəqillik Günü, 12 Noyabr Konstitusiya Günü, 17 Noyabr Dirçəliş Günü rəsmi bayram kimi qalsalar da, istirahət günü kimi qeyd edilmir.