"Kuləkden qorxuram..."

Cavid Memmedli 22/10/2012

"Külək qorxudur məni...Nə qardan, nə  də yağışdan belə qorxmamışam, külək qədər. Bəlkə də  nəyisə aparacağından qorxuram, bilmirəm..."

Külək qorxudur məni...Nə qardan, nə  də yağışdan belə qorxmamışam, külək qədər. Bəlkə də  nəyisə aparacağından qorxuram, bilmirəm.

Bəlkə də ayrılıqlardan qorxduğum kimi qorxuram küləkdən də...Ortaq tərəfləri var, külək əsər keçər, acısını budaqları qırılmış ağaclar,,,ayrılıqların  acısını ürəklər...bilər.

Ağacın acısı görünər, ürəyin acısı isə saxta təbəssümlə gizlənər,bəlkə də duyulmaz heç...Duyulsa belə ürək bilər nə hissetdiyini,,,digerleri sadece təskinlik vəzifəsini yerinə yetirər və bütün vəzifələr kimi o da bir müddətlik olar, bir az hiss eder, bir az rahatladar, amma heyif ki “bir az”... Ve geri qalanını yenə ürək həll edər. Küləklər bu səbəbdən qorxudur məni... Bir şeyleri alıb aparacaq kimi gəlir mənə, özümü, hisslərimi, sevdiklərimi, ya hər şeyi, ya da heç nəyi...Bütün qeyri-müəyyənliklər kimi bu da cavabsız suala çevrilir beynimin bir küncündə, bir zaman cavab tapmaq sırasını gözləyərək, bəlkə də bu ümidini de kağız gəmi kimi suda batıraraq...

Küləkdən qorxuram,,,onu bəlkə sevəcəm bir zaman,,,ayrılıqları da alıb getdiyində...
 
Yazan:  Əsmər Qardaşova