Məhəmməd Əmin Rəsulzadə\'nin son sözü!

Cavid Memmedli 15/11/2012

O anda belə əli ilə belinə sardığı Üç Rəngli Bayrağı qorumağa çalışırdı. Dodaqlarının arasında nəsə deməyə çalışırdı. Son sözündə də 3 dəfə, “Azərbaycan, Azərbaycan, Azərbaycan…” deyib həyata gözlerini yummuşdu.

 Bir gün onu görəcəyimə dəlicəsinə inanırdım. Və şükürlər olsun ki, bu baş verdi...
Payız f
əslinin gözəlliyi şəhərin hər tərəfini özünə xas olan rənglərlə boyamışdı. Yağış yağırdı. Məhəmməd bəylə Fizuli küçəsində qarşılaşdıq. Özümü bu qədər həyacanlı hiss etməmişdim. Onu gördüğümdə sevincimin həddi hüdudu yox idi, hətta özümü saxlamayıb bir neçə damla yaş axdı gözümdən. Təbii ki bunu o\'na bəlli etməməyə çalışdım... Gördüklərimə inana bilmirdim. İslanmasın deyə bir yerlərdə qəhvə içməyə dəvət etdim. Qəhvəsi ilə məşhur olan bir məkanda oturduq. İki fincanTürk qəhvəsi sifariş etdim. Dərin baxışlarının altında keçirdiyi hissləri nəzərdən keçirirdim. Gənc olmağına baxmayaraq, sanki illərin ona verdiyi qocalıq hissi üzündə əks olunurdu. Siqaretdən qurumuş dodaqları arasında nəsə deməyə çalışırdı. Sükutu pozaraq onu neçə illərdir görmək istədiyimi vurğuladım. Doğrusu onun mənlə paylasmaq istədiyi mövzu fərqli idi. Uzun sükutdan sonra Məhəmməd bəy danışmağa başladı ; ”Şübhə etmirəm ki, gənclik yaş, bünyə ve ruh etibari ile daha həyəcanlı ve daha atılqan olur. Ancaq bunu da vurğulamalıyam ki, Normal hallarda isə əsas olan tədbirli və düşüncəli hərəkətlərdi ki, bu da ancaq əski və yeni nəsillərin bir birini tamamlaması və yardımlaşması surəti ile əldə edilə bilər. Köhnə nəslin təcrübəsi və tədbiri, yeni nəslin enerjisi ilə bir birləştiyi təqdirdə Milli dava vəkar və təmkinlə müvəffəqiyyət şans ilə icra edilə bilər. Gənclik, özündən əvvəl ki nəslin bütün müsbət təcrübələrini sürətlə mənimsəməlidir. Bu onun üçün əldə edə biləcəyi ən zəngin və ən dəvamlı bir mirastır. Yeni nəsillər əskisindən daha məlumatlı, daha mədəniyyətli və daha yetkin böyümək məcburiyətindədiler. Çünkü onları daha böyük ve daha çətin vəzifə gözləyir. Unutmayaq ki, bir millətin yeni nəsli, köhnəsinə nəzərən daha az mədəniyyətli və ya daha az təcrübeli olarsa, o milletin varlığı ve istiqlaliyəti təhlükəyə məruz qala bilər...”

Məhəmməd bəyin sözlərini  qəflətən çöldə atışma səsləri  kəsdi. Küçədə hamı bir tərəfə qaçırdı. Hamı bağırırdı. Kafedəki insanlar qorxu və həyacan içində idi. İnsanlar nə edəcəklərini bilmirdilər. Güllələr göydə o tərəfə bu tərəfə uçuşurdu. Bunun baş verəcəyini heç ağlımın ucunda belə düşünmürdüm. Ama bu hadisə baş vermişdi. Rus ordusu Bakı küçələrinə səpələnmişdi. Hər yerdə insan meyitləri, tank altında qalan maşınlar ve insanlar, qana bürümüşdü şəhəri… Artıq bir neçə addım daha uzaqdan əsgərlərin səsləri gəlirdi. Kimsə kafenin qapı arxasında bağırmağa başladı; “Ruslaaar! Ruusslar!”. Və güllə səsindən sonra səs kəsildi. Donub qalmışdım. İçəri girən ruslar heç kimə toxunmadan hədəfə doğru addımlayırdılar. Və sadəcə Məhəmməd bəy’in yerə yıxıldığı anı görmek məni ruhən öldürmüşdü. Ruslar Məhəmməd bəy\'i güllələmiştilər. O anda belə əli ilə belinə sardığı Üç Rəngli Bayrağı qorumağa çalışırdı. Dodaqlarının arasında nəsə deməyə çalışırdı. Son sözündə də 3 dəfə, “Azərbaycan, Azərbaycan, Azərbaycan…” deyib həyata gözlerini yummuşdu.

Mən var gücümlə qışqırmağa başladım...! Gözlərimi açdım, tibb bacısı məni sakitləşdirməyə çalışırdı; “-Sakit olun bəy, sakit olun bəy... -Məhəmməd bəyi hara apardılar? Neçə nəfər həlak olub? Dərhal de mənə, tez ol. Mən hardayam, çıxardın məni burdan!!! Mən orda olmalıyam. Məhəmməd bəy’in yanında olmalıyam!!! -Sakit olun, Sakit olun. Siz nə danışırsınız? Məhəmməd bəy kimdi? Nə həlak olmaq... Heçnə olmayıb, sadəcə siz avtomobil qəzasına uğramısınız və komaya düşmüsünüz. İndidə Dövlət xəstəxanasında  müalicə alırsınız. Sakit olmağa çalışın”.

Necə yani, deyəsən başıma hava gəlirdi ya da tibb bacısının dediyi kimi sadəcə palatada yuxu görmüşəm. İndi o dahi insanı görməyim sadəcə bir yuxu idi, necə ola bilər o dahi şəxsiyyət  Məhəmməd Əmin bəyi, Azərbaycan Respublikasinin təməllərini quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən və Azərbaycan siyasi mühacirətinin liderini görməyim sadece yuxudan ibaret idi...

Kimse qapını açır və mən tanış simaları görürəm. Sonra onlardan biri deyir; “Necəsən oğlum? Keçmiş olsun”...


                Yazan: Ramisoğlu