Azadlıq Budur!

Cavid Memmedli 19/11/2012

“Yaşamaq istəyiriksə, ilk başda ətrafımızı və mədəniyyət dəğərlərimizi yaşatmalıyıq… İnkişaf etmək istəyiriksə, ilk başda ətrafımızı  və mədəniyyət dəğərlərimizi inkişaf etdirməliyik… Barış istəyiriksə, ilk başda ətrafımızla  və mədəniyyət dəğərlərmizlə barışmalıyıq…”

Günümüzün obyektlərindən biri olan və cəmiyyətin başlıca problemi olan bir mövzunu tələbələrə catdırmaq istəyirəm. Bəli çoxumuzun maraq dairəsi fərqli idi, bəziləri humanizmi müdafiyə edir, bəziləri din haqqında özünə doğru gələn bir sıra fikirleri insanlara dayatmaq istəyir və bu siyasət mövzusunda da kecərlidir... Burada izah etmək istədiğim mövzu nə dini, nə siyasəti və radikallığı ehtiva etmir. Unutmamalısınız ki buralarda tələbəsinizsə, bəzilərinə bir borcunuz var! Ailənizə, Vətəninizə və s… Böyük ehtimalla bəzileri burda azadlıq adına bir sıra nəsə demək istəyəcəklər. “Əşşi mənim Vətənimə borcum zadım yoxdur, falan, feşməkan”. Bəlkə də öz əhatəsində onlar “cool” ola bilərlər, ama burda reallıqdan danışırıq. Gəək olan bir şey deyə bilərəm oda; “Hərkəsin azad olabiləcəği bir yerdə heç kəs azad ola bilməz”! Azadlıq hissi ilə coşan insanlar əksərən tələbələr olur. Onlar azadlığı niyə görəsə elə hey partiler vasitəsiylə nəyise göstərməyə çalışırlar. Günümüzdə insanın azadlıq və güvənli  olmaq adına arayışı qədər azadlığından və güvəndə olmasından məhrum edən bir şey ola bilməz. Çünkü həyatda insanı xoşbəxt qılan hər şey bugün xoşbəxt olmaq, azad qılan hər şey azadlığını itirmək üçün yetərli səbəbdir. Zənnimcə gerçək “Azadlıq” ailədən başlayır. Bəziləri isə “Azadlıq” dediği şeyin naminə öz ailəsini təhlükə altına atırlar. Belə bir nöqtədə azadlıq söz konusu belə ola bilməz! 

Ailəmiz, Vətənimiz və gələcəğimizin parlaq dəvamçıları olacaq körpələrimiz üçün; Yaşamaq istəyiriksə, ilk başda ətrafımızı və mədəniyyət dəğərlərimizi yaşatmalıyıq… İnkişaf etmək istəyiriksə, ilk başda ətrafımızı  və mədəniyyət dəğərlərimizi inkişaf etdirməliyik… Barış istəyiriksə, ilk başda ətrafımızla  və mədəniyyət dəğərlərmizlə barışmalıyıq…

Azadlıq budur!

 

Yazan: Ramisoğlu