\"20 Noyabr\" Faciəsi

Cavid Memmedli 20/11/2012

Bugün 1991-ci il noyabrın 20-də saat 14.42 dəqiqədə Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotunun vurulmasının ildönümüdür. Eskişehir Azərbaycanlılar Derneği olarak Azərbaycan Xalqının böyük itkilər verdiyi o qara günü üzüntüylə xatırlayır, şəhitlərimizi Rəhmətlə yad edirik.

Müstəqillik tariximizin ən faciəli hadisələrindən biri 20 noyabr 1991-ci il Dağlıq Qarabağla bağlı sülh danışıqlarını davam etdirmək üçün ora yollanan dövlət xadimlərimizin, eləcə də Rusiya və Qazaxıstanın yüksək rütbəli nümayəndələrinin olduğu vertolyotun Qarakənd səmasında vurulmasıdır.

- Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
- İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
- Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri
- Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini
- Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
- Vəli Hüsyn oğlu Məmmədov – millət vəkili
- Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
- Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
- İqor Aleksandiroviç Plaviski – QMB-nin prokuroru
- Vladimir Vladimiroviç Kovalyov - QMB-nin Daxili İşlər İdarəsinin rəisi
- Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
- Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
- Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-nin müavini
- Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
- Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
- Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
- Alı Mustafa oğlu Mustafayev – telejurnalist
- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı
- Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
- Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri
- Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü
- Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü

 

Allah Xalqımıza Səbr Versin, Şəhitlərimizə Rəhmət Eləsin!