UTANDIM...

Cavid Memmedli 04/12/2012

Xəyanət etdi misralar,inandığım nəyim varsa,

Mən mən deyilmişəm məyər,şairliyimnən utandım.

 

Zaman keçdikcə gördümki,kimdi yaxşı kimdi pislər,

Gördüm ki çoxalıb pislər,yaxşılığımnan utandım.

 

Tab etmədi bunca dərdə,daşdı fırat kədərimnən,

İntihar etdi gələcəy,xəyallarımnan utandım.

 

Ön cəbhədə şəhid düşdü,ən sonda yazdığım misra,

Firar etdi cümlələrim,mən,qələmimnən utandım.

 

Sığanmadım sətirlərə daşdım yenə səyfələrdən,

Qaraldı bəm bəyaz səyfəm,qaralığımnan utandım.

 

Uzaq qaldım yaxınlardan,uduzdum məsafələrə,

Arxamca su atılanda,səyahətimnən utandım.

 

Süzüləndə yaş gözünnən kimim varsa tərk etdiyim,

Qalanlarımın xətrinə,qəbahətimdən utandım.

 

Yazan: RST