Ölkəmizdə Əsgər ölümlərinə DUR deyək!!!

Cavid Memmedli 11/01/2013

Eskişehir Azerbaycanlılar Derneği olaraq Azərbaycanda son vaxtlarda yaşanan məçhul əsgər ölümlərini şiddətlə qınayırıq. Şəhidimiz Ceyhun Qubadov\'a Allah\'dan Rəhmət, ailəsinə və yaxınlarına baş sağlığı diləyirik. İnanırıq ki Azərbaycan Respublikasının Ali Baş Komandanı Cənab İlham Əliyev tez bir zamanda əsgər ölümlərinin qarşısını alacaq və qatillər ən ağır şəkildə cəzalandırılacaq!

        Əziz soydaşlarım və ölkəmizdən uzaqda yaşayan həmvətənlər, müqəddəs Ana yurdumuz olan Azərbaycanımızda son vaxtlarda naməlum şəkildə yaşanan əsgər ölümləri bizləridə dərindən yaralamakta və üzməktədir. Türk və İslam tarixində bir çoxlarınında bildiği kimi əsgər çox müqəddəs bir fərd olaraq öz yerini tutur. Bizlər Ölkəmizi xaricdə doğru şəkildə təmsil etməyə çalışırkən, Azərbaycan əsgəri isə gecəsini gündüzünə qataraq ölkənin ərazi bütövlüyü və Azərbaycan Respublikasının vətandaşlarının can güvənliyini qorumağa çalışırlar. Bu səbəblə bizlər əsgərlərimizi özümüzdən daha çox düşünməli və onlara haqq ettikləri dəyəri verməliyik. Hər zaman güclü ordu güclü Azərbaycan olduğuna inanırıq. Və bizlər buna inanmalıyıq ki əgər ordumuzdaki əsgərlərimizə qarşı doğru şəkildə rəftar olunursa, bu davranışlar onların psixologiyasına və Vətən yolunda mübarizələrinə təsir edəcəkdir. Yoxsa ordumuzdaki bəzi pis niyətli, heç bir təlim tərbiyə görməmiş dırnaq arası Rütbəlilər davranışlarıyla ordu ve ölkə bütünlüyümüzə neqatif təsir göstərməkdədirlər. Bunların nəticəsi olaraqda ölkəmizdə səbəbsiz yerə, bilinməz bir şəkildə çox qiymətli və dəyərli gənclərimizi itiririk. Yenə bunun nəticəsi olaraq o yaşına qədər dırnağına belə tikan batsa ürəyi yanan valideynlər, övladlarını Vətən üçün fəda olsun, lazım gəlsə Vətən yolunda Şəhid olsun düşüncəsiylə əsgər göndərdiklərində düşünə bilməzdilərki hansısa bir namərd onun bu şəkildə ölümünə səbəb olacaq. Bu səbəblə gənclərimizdə və əsgərlik yaşına çatmış insanlarımızda əsgərə getmənin doğru olmayacağı və əsgərlikdən yayınmaq gərəkliliyi fikri səslənməktədir.

         Bizlər Eskişehir Azerbaycanlılar Derneği olaraq uzun zamandır bu tip hadisələri qürbət eldə eşidir və üzülürdük. Ancaq şərəfli əsgərimiz və ailəsinin gözünün ağı qarası Ceyhun Qubadovun bu şəkildə vəhşiliklə və heç bir insana yaraşmayacaq şəkildə öldürülməsi Azərbaycan Diasporasına xidmət edən bizləri yasa boğmuşdur. 20 Yanvar Şəhitlərimizin əziz xatirəsini yad edmək üçün 20 Yanvar 2013 cü ildə Eskişəhirdə tərtib edəcəyimiz Mevlidi Şərifi şəhidimiz Ceyhun Qubadov üçündə tərtib etmiş olacağız. Ayrıca buradan cənab prezidentimiz İlham Əliyev başda olmaq üzərə, onun öndərliyində Müdafiyə Nazirliyinin hər bir fərdinin Şəhidimiz Ceyhun Qubadovun qatillərinin tapılması və ən ağır şəkildə cəzalandırılması gərəktiğini bir daha səslənir və inanırıq ki Azərbaycan Ordusunun bu qədər güclənməsində bir çox əməkləri olmuş Azərbaycan Respublikasının Ali Baş Komandanı Cənab İlham Əliyev tez bir zamanda əsgər ölümlərinin qarşısını alacaq və Şəhidimizin qatillərinin cəzalandırılması üçün lazımlı şəxsləri səfərbər edecəkdir.