Qanlı Yanvar Süreci

Cavid Memmedli 20/01/2013

20 Yanvar faciəsində nələr yaşandı? Pərdə arxasında kimlər, necə senaryolar yazılıb və hansı güclər gizli idi? 20 Yanvar faciəsində nə üçün dinc əhali, yaşayış binaları, toplu daşıma aracları hədəf alındı?

20 Yanvar (ocak), Azərbaycan Türklüyündə yenidən canlanan 28 May iradəsi idi. Eyni zamanda 20 Yanvarda törədilən faciənin mahiyyəti, Rus sömürgəçiliyi və Erməni yayılmaçılığı tərəfindən  Azərbaycan`ın azadlığına, torpaq bütünlüyünə və özgür yaşama haqqına qarşı nifrətin, düşmənliyin və vəhşiliyin bəlirgin təzhürü idi.

Mixail Qorbaçov 1985_ci ildə sovetlər birliyinin başına keçdikdən sonra "qlastnost" (açılım) və "prestroyka" (yenidən quruluşlanma) deyə bir sıra siyasi ve iqtisadi dəyişimlər uyğulamağa başlayınca sovetlər blokundan bir açılma əlametləri baş göstərmişdir.
"glanstnost" və "prestroyka" adlı islahatların sonucları bəzi SSCB cumhuriyyətlərində olumlu görünsə də, necə ki 9 noyabır (kasım)1989'da doğu bloku iləbatı blokunu bir birindən ayıran Berlin divarı yıxılmış, ardından sovet blokuna bağlı doğu Avrupa ölkələrində inqilab partlamaları görünmüş və sovetlər birliyi ile sosyalist Avrupa ölkələrini qapsayan Vərşova antlaşması Təşkilatı dağılmışdı. Amma söz mövzusu islahatların və Qorbaçov'un başa gəlməsi iləəlaqədar Ermənilərin Qorbaçovla pərdə arxasında Azerbaycan əleyhinə anlaşmaya vardıqlarına dair iddaaları izah edəcəyimiz olaylar və ardından 20 yanvar faciəsinin yaranması, açıq şəkildə doğrulayacaqdır. Qorbaçovun başa gəlməsindən 2 il sonra, yəni, 18 Noyabır (kasım)1987'də, kremlinin Erməni müşavirlərindən olan "a.aqanbergiyan", Azərbaycan SSC'nin Dağlıq Qarabağ bölgəsinin Ermənistan SSc'nə əlavə edilməsi gərəkdyini açıqlayaraq bu bəyanatla Qarabağ münaqişələrini tətikləməyə və Erməni cəbhəsindən Qarabağa qarşı təcavüzkarlığa və əsilsiz torpaq iddaalarının ortaya atılmasına yönəlik açıq və rəsmi bir girişim olaraq dəyərləndirə bilərik. Bu bəyanatdan 10 gün keçmədən 27_29 Noyabır (kasım) 1988 tarixlərində , Ermənistanın Quqak, Spitaq və Stepanavan qəsəbələrində 33 Azərbaycan Türk'ü Erməni terror və silahlı çətələri tərəfindən öldürüldü. O qətliamdan 5 gün sonra Ermənilər növbəti cinayətkarlıqlarnın davamı olaraq, 4 Dekabır (aralık)1988 gün'ü, Qarabağ'da yaşayan Azərbaycan Türklərinə qarşı yeni bir qətliam əməliyyatına cəhd edirlər. Get gedə anti Azərbaycan əyləmlərinin miqyasını böyüdərək, 220,000 Azərbaycan Türk'ünü Ermənistandan sürgün (deportasiya) edib , Qarabağın Ermənistana əlavə edilməsi üçün çalışmaları sürətləndirirlər.Pərdə arxası anlaşmanın davamı olaraq Moskova bölgəyə 40,000 nəfərlik bir Qızılordu qüvvəsi gönderərək  rəsmən Erməni təcavüzkarlığına dəstək olmaq istər ancaq Azərbaycan xalq'ı, 4 Dekabır 1988 gün'ü Rus tanklarının qabağına yataraq əli yalın olsalar da belə, işqala qarşı dirənməyə çalışırlar.

Cərəyan edən bu prosseslərin davamında, Azərbaycanın dirənişinə qarşı, Ruslar hakimiyyət gücünü qullanaraq Qarabağ rəhbərliyini Azərbaycandan alıb Moskovaya bağlar və beləliklə Qarabağ'ı Azerbaycan'dan ayırmaq üçün Rus siyasətinin baş rolda və aparıcı mövqedə olması aşkar edilir. Bu sürəcə seyirci qalmayan Azərbaycan içində ki siyasi qüvvələr başda Azərbaycan xalq cəbhəsi 25 Noyabır (kasım) 1989'da Bakıda böyük bir mitinq düzənləyər. Təxminən 200,000 nəfərin qatıldığı mitinqdə Azərbaycan milli istəkləri dilə gətirilməklə birgə, Erməni təcavüzkarlığına etiraz edilər və Rusların Qarabağ bölgəsini boşaldıb Azərbaycan'a qaytarılması tələb edilər. Ruslar siyasi gücünü səfərbər edərək Qarabağı Azərbaycandan qoprmağı bacarsalar da bunu yetərli görmür və qızılordunun Qarabağa girməsi üçün 1 Dekabır (aralık)1989 gün'ü Ermənistan SSC məclisi Rusların yaşıl ışığı ilə Dağlıq Qarabağ'ı Emənistana əlavə etməyə qərar qebul edərək 8_9 Yanvar (ocak), Ermənilər dağlıq Qarabağ bölgəsində məqsəd yönlü gərginliklər və terrorlar törədib, qızılordunun bölgəyə girməsi üçün zəmin yaradırlar. Bunun ardından 15 Yanvar (ocak) dönəmin SSCB başbaxanı olan "Nikolay Rijkov" hərəkətə keçərək Norveç radyosuna belə bir bildiriş verir: "Ermənilər iləAzərbaycanlılar arasında ki qanlı qarşıdurmaları dayandırmaq və bir iç savaşı önləmək üçün hərbi gücdən istifadə edə bilərik". 

Bura qədər hər şey böyük nisbətdə Erməni silahlı çətələri və Rusların planları doğrultusunda irəli getsə də, Azərbaycan Xalq Cəbhəsi başçısı Əbülfəz Elçibəy amaclarının "Azerbaycan'ın müstəqilliyini təmin etmək" olduğunu açıqlayır. Azərbaycan'ın və Xalq Cəbhəsinin Erməni təcavüzü və iddaalarına qarşı duyarsız qalmayacağını, üstəlik "marks, engles, Lenin” kimi klasikləri rədd edib demokratik və müstəqil bir Azərbasycan istədiyini açıq şəkildə ortaya qoyur, Sovetlər birliyi başbaxanının verdiyi bəyanat və ona qarşı Elçibəyin çıxışının ardından 60  min nəfərlik təpədən dırnağa silahlanmış qızılordu vəiçlərində sovetlərin o dönəm ki en vəhşi ve qəddar silahlı dəstəsi olan, özəl eyitimli "ALFA" qrupu, 15 Yanvar (ocak) 1990'da Azerbaycan'a girərək tam müharibə nizamında, Bakı girişində cəbhə tutur. Bir neçə gündən sonra 19 Yanvar (ocak) 1990 cümə gecə yarısı, həm qurudan həm dənizdən şəhərəgirən qızılordu və `alfa` qrubu, Bakını qana bulayır, məsum və əli yalın insanları, Uşaq, Qadın, qoca demədən acımasızlıqla əzir keçir. Tanklar və BTR_lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturlar. İnsanlar nəinki küçələrdə, hətta otubusda gedərkən, öz evlərində oturduqları yerdə güllələrə tuş gəlirlər. Yaralıları aparmağa gələn ambulanslar və tibb işçiləri belə atəşə tutulurlar. Bir gün içində Bakıda 137 nəfər öldürülür. 700_dək insan yaralanır, 800_dən çox adam qanunsuz həbs edilir. Öldürülənlər arasında 5 millətin təmsilçiləri, 20_dən çox qadın və uşaq var idi. Qeyd etmək lazımdır ki SSCB Savunma baxanlığının, iç işlər baxanlığının və dövlət təhlükəsizlik komitəsinin (DTK), Azərbaycan xalqına qarşı "Udar" adlı bu əməliyyatı hazırlayıb həyata keçirmək üçün DTK_nın "A" təxribat qrupları və özəl eytimli alfa qurupu əsas rolu oynayırdı. Qorbaçovun "qlastnost_prestroyka" siyasətlerinin hazırlandığı zaman, Erməni mənfəətləri və Azərbaycan torpaqlarına qarşı Erməni təcavüzkarlığı, Sovet rəhbərləri tərəfindən  dərəcədə göz önündə bulundurulub və qorunulduğu açıq şəkildə görünməkdədir.

Görünən o ki 20 yanvarda dinc ehalinin güllələrə və tank mərmilərinə hədəf olması qorxu və vəhşət atmosferini xlaq üzərində yaradıb, azadlıq və milli dirçəliş iradəsini qırmaq və ardından da Qarabağı işğal etmək üçün həyata keçirilən qanlı bir senaryo idi. Amma 20`si Yanvar bütün acı verici yanları ilə Azərbaycan`ın yenidən doğuş günü idi. Öz azadlığına və müstəqilliyinə can atan Azərbaycan Türkünün həmdə mübarizliyinin, əyilməzliyinin, məğrurluğunun göstərgəsi idi.  Azərbaycan ayaqda durdu və durmaqdadır. 20 Yanvar Azərbaycanın komunizm əsarətinə qarşı apardığı mübarizənin müqəddəs qanlarla yazdığı şərəfli tarixdir. Və eyni zamanda da sovet Rus hərb maşınının Azərbaycan xalqına qarşı törədiyi bu terror, insanlığa qarşı həyata keçirilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.

Əli yüzlərlə insanımızın qanına batmış, sonralar Nobel barış ödülü alan Mixail Qorbaçov və dönəmin Sovet imperyası liderləri uluslararası məhkəmələrdə mühakimə edilməlidirlər. Azərbaycana qarşı həyata keçirilən bu və bunun kimi qətliamları sorğulayıb aydınlığa qovuşdurmalıyıq. Bu, şəhidlərimizin qarşısında üstümüzə düşən ən kiçik vəzifədir. Eyni zamanda millətimizin, vətənimizin bəqası üçün və gələcəkdə bunun kimi acı günləri təkrar yaşamamaq üçün tarixini və uğradığı zülmü sorğulayan bir millət kimi davranmalıyıq.

Yazan: Səid BAYKAL