Başlanğıc və Son!

Cavid Memmedli 04/03/2013

Bu zamanda məncə ən əsası Azərbaycanlı hər bir şəxs artıq Milli Mənafeyi Şəxsi Mənafeyindən üstün görməlidir.

Son vaxtlar ölkəmizdə yaşanan ciddi problemlər bütün xalqı narahat edir. Ancaq gəl gör ki bəzi nöqtələri doğru görüb doğru dilə gətirmirik. Bu gün Azərbaycan iqtidarını normal xalqın vəya müxalif kəsimlərin ən çox günahlandırdığı mövzular; “Xalq acından ölür, əsgərlərimiz orduda naməlum şəkildə ölür, rüşvətxorluq baş alıb gedir, xalq qırılır, get gedə yoxsullaşırıq, evimizi sökürlər, bizi evdən eşikdən atırlar”. Və bu mövzuları dilə gətirənlər dırnaq arası humanistlər, sosyalistlər, milliyətçilər vəya vətənşüvənlərdir. Ancaq eyni bu grup bir çox mövzuda 20 il əvvəl ermənilərin bizə yaşatdıqlarına bəzi ucu bucağı bilinməyən ideolojilər uğruna haqq verirlər. Oysa belə baxanda ermənilərdə bizə eynisini yaşatmışdı. Yəni ermənilərdə “Əsgərimizi öldürüb, bizi yoxsullaşdırıb, birçox haqqımızı, ən başta yaşamaq haqqımızı əlimizdən alıb, 2 milyon xalqı qaçqın vəziyətinə salıb, analarımıza bacılarımıza təcavüz edib, zülüm edib”. 20 ildə bu qədər olanları yaddan çıxardan bir xalq hal hazırda iqtidardan şikayətçi olduqları mövzularıda bir 20 il sonra başqa hakimiyət olduğu zaman yaddan çıxardacaqlar. Çünkü xalqımız heyif ki malı mala qatmağa dəvam eləyir. Fikir azadlığını, vətənpərvərliyi vəya müxalifliyi ermənipərəstliklə qarışdırırlar. Çünkü bəzi şeyləri dəyişdirmək üçün qışqır bağır salmaq lazım deyil, əsas gələk düşünəsən və düşüncə tərzini dəyişdirəsən. İnanın bu xalq köhnə adət ənənələrini unudaraq, mənliyini unudaraq, kimliyini unudaraq, keçmişini unudaraq, atalarını unudaraq çox şeyi itirir. Çünkü bunları unutmasaydı mənə toxunmayan ilan min il yaşasın deməzdi vəya məndən öttü sənə dəydi deməzdi. Mənim ailəm əgər 1948 də ermənilər tərəfindən Qərbi Azərbaycan torpaqlarından didərgin salındıqlarını mənə uşaq vaxtı desələrdi vəya ermənilərlə sovetin vaxtında bir sürfə arxasında oturub duz çörək kəsməsəydi, bu gün Qarabağda yaşayan biz olardıq, bu gün Xocalı Soyqırımı yaşanmazdı, bugün bu Xalq qaçqın vəziyətində yaşamazdı. Əsgər ölümlərinə son deyirik, ama hələdə dembil əsgərlərimiz ona belə şillə vurdum, bunu belə döydüm deyə qürurlanırlar. Mənə görə hal hazırki iqtidardan və hakimiyətdən istəklərimizi və həll olunması lazım olan problemlərimizi fərqli demokratik yollarla daha sakin, daha məntiqli şəkildə istəməliyik. Bunun üçündə əvvəl Azərbaycanımızın hal hazırki başlıca problemlərinin nə olduğunu doğru bilməliyik. Mənim şəxsi fikrimə görə hal hazırda Azərbaycan Xalqının qarşısında duran başlıca problemlər bunlardır: (İstəyən bu problemləri öz fikrinə görə azaldıb artıra bilər).

1.      Qarabağın işğalı

2.      Rüşvətxorluq,

3.      Təhsilsizlik

4.      Məçhul Əsgər ölümləri

5.      Gəlir səviyəsinin ədalətsizliyi

Azərbaycanda gördüyüm budur ki hal hazırki böyüklərimiz bunun öhdəsindən gələ bilmir. Bu səbəblə Azərbaycanın gəncləri daha mədəni və daha məntiqli düşünərək bu məsələləri hökümətin nəzərinə çattırmalıdır. Azərbaycanda istefa səsləri deyil, reformlar, dəyişikliklər istəyirik səsləri çıxmalıdı. Azərbaycanda söyüş və təhqirli sözlər yox, düzgün və məntiqli şüarlar səslənməlidir. Azərbaycanda antidemokratik yollar deyil, demokratik yollar seçilməlidir. Azərbaycanda yaltaqlıq yox, reallıqları dilə gətirmak lazımdır. Ancaq bunlar Azərbaycanda, yəni öz içimizdə olmalıdır. Və mənə görə hərkəs reformlara əvvəl özündən başlamalıdır. Ağlıma gəlmişkən Azərbaycanda problemləri bir məktub şəklində bütün rəsmi vəya Xalqın ev adreslərinə göndərərək və bunu dəvamlı şəkildə etmək demokratik və daha fərqli bir iş olabilər.

Ayrıca bu zamanda məncə ən əsası Azərbaycanlı hər bir şəxs artıq Milli Mənafeyi Şəxsi Mənafeyindən üstün görməlidir.

Yazan: Cavid Aydın