Azərbaycan'da Prezident Seçkiləri!

Cavid Memmedli 05/08/2013

Azərbaycan Respublikasında 9 Oktyabr 2013 cü ildə Prezident seçkiləri keçiriləcəkdir.

Azərbaycan Respublikası Prezidenti seçkiləri 2013-cü ilin oktyabr ayının 9’da keçiriləcək. Bu seçkilər Azərbaycan Respublikasında keçiriləcək 7-ci rəsmi seçkilərdir. O tarixlərdə Eskişehirde olacaq olan soydaşlarımızdan seçkilərdə iştirak etmək istəyənlərin ən qısa zamanda Eskişehir Azerbaycanlılar Derneği Yönətim Kuruluna bilgi vermələri və Azərbaycan Respublikası İstanbul Baş Konsolluğundan qeydiyyattan keçmələri gərəkməktədir.
 İştirak edəcək namizədlər:

·         İlham Əliyev — 7 iyun 2013 tarixində Yeni Azərbaycan Partiyasının V. qurultayı zamanı partiya üzvləri yekdilliklə partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi qərarını dəstəklədilər.

·         Rüstəm İbrahimbəyov — Milli Şura tərəfindən 2 iyul 2013-cü il tarixində müxalifət cəbhəsindən Azərbaycan Prezidentliyinə namizəd seçilmişdir.

İştirak etmə ehtimalı olan namizədlər:

·        İsa Qəmbər — 28 avqust 2012-ci il tarixində seçkilərdə iştirak etmək istəyini bildirmişdi. 4 yanvar 2013 tarixində Müsavat partiyası rəsmən İsa Qəmbəri seçkilərdə öz namizədi kimi seçdi. Milli Şuranın yaranmasından və Rüstəm İbrahimbəyovun vahid namizəd seçilməsindən sonra İsa Qəmbər namizədliyini hələlik geri götürməyəcəyini bildirdi.

·        Fazil Mustafa — 29 avqust 2012-ci il tarixində şəxsən seçkilərdə Böyük Quruluş Partiyasından iştirak edəcəyini bildirib.

·        Hafiz Hacıyev — 13 yanvar 2013 tarixində Müasir Müsavat Partiyasının toplantısında Hafiz Hacıyevin 3-cü dəfə prezident seçkilərində iştirak edəcəyi qərarı verildi.

·        İlqar Məmmədov — 5 fevral 2013 tarixində Respublikaçı Alternativ (REAL) hərəkatı öz sədri İlqar Məmmədovun payızda keçiriləcək seçkilərdə iştirak edəcəyini rəsmən bildirib.

·        Vidadi İsgəndərli — 12 mart 2013-cü ildə prezident seçkilərində özünün namizədliyini müstəqil şəkildə elan etmişdir.

·        İqbal Ağazadə — 16 mart 2013-cü ildə Ümid Partiyasının Ali Məclisi onun namizədliyini dəstəkləyib və tövsiyə edib.

·        İlqar Altay — 25 mart 2013 tarixində İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altayın prezident seçkilərinə namizədliyi irəli sürülüb.

·        Əli Əliyev — Vətəndaş və İnkişaf Partiyasının Məclisi qurumun 2013-cü ilin prezident seçkisində iştirakına dair yekun qərar verdi və partiya sədr Əli Əliyevi namizəd olaraq irəli sürüb.

·        Əhməd Oruc — 15 aprel tarixində Azadlıq Partiyası tərəfindən namizədliyi elan olundu.