OLMASAYDI BİZDE OLMAZDIK......

Cavid Memmedli 12/12/2013

MƏN HƏMİŞƏ ONUNLA FƏXR ETMİŞƏM BU GÜNDƏ FƏXR EDİRƏM, NECƏKİ O, AZƏRBAYCANLI OLDUĞU ÜÇÜN FƏXR EDİRDİ.

İnsan heç vaxt valideynlərini seçmir.Necə ailədə göz açması tanrının qismətidir.Hansı ölkədə doğulub yaşayacağımızıda irəlicədən bilmirik.Bu da ALLAHIN işidir.Amma insanın hansı ailədə doğulmasından, hansı ölkədə yaşamasından, hətta həmin dövrdə ölkəyə kimlərin rəhbərlik etməsindən onun gələcək taleyi çox asılıdır.Çünki bu amillər hər bir fərdin təlim-tərbiyə və təhsilinə, bilik və dünya görüşünə, cəmiyyətdə necə mövqe qazanacağına əsaslı şəkildə təsir edir.
Siravi vətəndaşdan, sadə əmək adamı, təqaüdçüdən tutmuş görkəmli sənətkərlara və vəzifə, səlahiyyət sahiblərinə qədər çoxsaylı insanlar oxuyub təhsil almalarında, mütəxəssis və alim kimi formalaşmalarında, ədəbiyyat incəsənət, mədəniyyət və digər yaradıcılıq sahələrində böyük uğurlar qazanmalarında əməklərinin mükafatlandırılmasında, hörmət sahibi olmalarında və vəzifə pillələri ilə irəliləmələrində Ulu Öndər Heydər ƏLİYEVİN misilsiz xidmətlərindən və fərdi qayğısından dərin məhəbbət və ehtiramla söhbət açır, bir-birindən maraqlı faktlar və misallar göstərirlər.
Əlbəttə, 34 il Azərbaycan rəhbərlik etdiyi dövrdə ümummilli lider Heydər ƏLİYEVİN gördüyü bütün işləri, etdiyi xeyirxahlıqları və alicənablıqları toplayıb qələmə almaq, yaxud onun kömək göstərdiyi, həyatlarında rol oynadığı bütün insanları müəyyənləşdirərək adlarını yazmaq mümkün deyil! Lakin Azərbaycanda yaşamış bir neçə nəslin uzun illər boyu güvənc və fəxr yerinə çevirilərək xeyirxahlıq simvolu olmuş bu dahi şəxsiyyətin əməlləri barədə bir qədər geniş danışmaq mümkündür.
Azərbaycanın 30 ildən artıq bir dövrü Heydər ƏLİYEV dühası ilə sıx bağlıdır.Onun siyasi idarəçilik sistemində təmsil olunaraq, öz xalqına necə qayğıkeş münasibət bəslədiyinin, vətəndaşların müraciətlərinə, ehtiyaclarına necə diqqətlə yanaşmasını, onlara himayədarlıq etdiyini bütün dünya bilir.Bütün sosyal təbəqələrin təmsilçilərinə xeyirxahlıq etmək, hərkəsin qeydinə qalmaq, müraciətlərdə istənilən yardımı artıqlaması ilə ödəmək və bütün bunlardan təmənna ummamaq əbədi yaşaşar liderimizin şəxsi xüsusiyyətlərindən, yüksək insani keyfiyyətlərindən qaynaqlanan fəaliyyət prinsipinə çevrilmişdi.Tarix belə şəxsiyyətlərə ölümündən sonra MİLLƏT ATASI qiymətini verir.Heydər ƏLİYEV isə bu adı hələ sağlığında, xalq tərəfindən almışdır.Şübhəsiz ki, tarix Heydər ƏLİYEV faktorunun əsl qiymətini müəyyənləşdirərkən, bu insanın Azərbaycana bəxş etdiyi qurtuluşu, rifahı, inkişafı dəyərləndirərkən, xalqın öz öndərinə hələ sağlığında verdiyi MİLLƏT ATASI-DÖVLƏT QURUCUSU adını dönə dönə təsdiqləyəcəkdir.
Ümummilli liderlə bağlı Eskişehir Osmangazi universitetində keçirilən inşa yarışmasında qardaş Türkiyə cümhuriyyəti tələbələrinində səmimi hislərini əks etdirən bəzi materialların bu yarışma formasında işıq üzü görməsi çox sevindirici və mühüm amilləri vardır.
Ən başlıcası ondan ibarətdirki, bu məqalələrdə Heydər ƏLİYEV fenomeni, onun nəhəng dövlət və siyasi xadim olduğunun elementləri göstərilir.Onun idarəçilik prinsipləri, dövlət quruculuğundakı fədakarlığı ayrı-ayrı insanlar tərəfindən təsdiqlənir.Digər tərəfdən isə Heydər ƏLİYEVİN müstəqil Azərbaycan dövlətinin qurulması yolunda uzun illər gördüyü işlər gələcək nəsillər üçün eləcədə bizlər üçün örnək bir nümunədir.O elə bir şəxsiyyətdirki onun kimsə ilə adının yan-yana qoyulması günahdır.
Türkiyədə Mutafa Kemal ATATÜRKÜ Azərbaycanda isə Heydər ƏLİYEV unutmaq qeyri mükündür.Dünya siyasətinə iz qoymuş bu iki insanın həyatlarında və getdiyi yolda bir çox oxşarlıqlar var bunlara misal olaraq:
Çünki hər ikisi də bir May ayında doğulmuşlar. Hər ikisinin də atalarının adı Əli Rzadır. Hər ikisi də dağılan imperiyaların küllərindən var edərək müasir və güclü dövlətlər qurmuşlar. Atatürk və Heydər Əliyev Türk millətinin son əsrdə yetişdirdiyi ən böyük dahilərdir. Bunu haradan anlayırıq? Onların əsərlərindən anlayırıq. Mustafa Kamalın əsərlərindən biri isə bu gün Dünyanın ən güclü dövlətlərindən biri olan və təhsil almaqdan qürur duyduğum Türkiyə Respublikasıdır. Heydər Əliyevi isə özünün də başında dayandığı Sovetlər Birliyindən ayrılaraq bərabər zamanlı olaraq qurulan dövlətlərin vəziyyətinə baxaraq söyləyə bilərik. Məsələn Gürcüstan belə bu anda rəsmi olmasa belə bu gün 5-ə bölünmüş vəziyyətdədir. Ermənistan isə səhv siyasəti sayəsində ölkəsini mühasirə altına aldırmışdır və bu gün az qala Ermənistanda adam qalmamışdır. Yenə ətrafımızda minlərlə illik ənənələri olan ölkələr bu gün alt-üst olmuşdur. Amma Azərbaycan bu gün bölgedə bir tarazlıq ünsürü və parlayan bir ulduz olaraq varlığını və inkişafını davam etdirir.
Heydər ƏLİYEV Azərbaycan respublikasını quran və hələdə ayaqda durmasının gündən-günə çiçəklənib, güclənməsinin təməlini qoymuş 90-cı illərin başında Azərbaycanı bölünməkdən qurtaran və müasir Azərbaycan respublikasının banisi bütün TÜRK dünyasının ikinci Atatürkü olmuş, Azərbaycanın, Azərbaycan xalqının atası dahi, sözlə ifadə edilə bilinməyəcək bir şəxsiyyətdir.O elə bir insan olmuş ki, gərəkdiyində Azərbaycanı, xalqı, vətəni üçün canını fəda edə biləcək və məncədə etmiş, çünki səhəti ilə bağlı problemlər yaşadığında dövlət rəsmilərimiz: “Cənab Prezident bəlkə biraz istirahət edəsiniz özünüzə vaxt ayırasınız? Deyərkən “XEYR HƏLƏ TAMAMLANMAMIŞ İŞLƏR ÇOXDUR, XALQ MƏNİ DİNCƏLMƏK ÜÇÜN SEÇMƏYİB, İŞLƏMƏK ÜÇÜN SEÇİB, AZƏRBAYCANIN PROBLEMLERİ QALA-QALA MƏNİM ÖZ QAYĞIMA QALMAĞA HAQQIM ÇATMIR”demişdir.
Türkiyədə oxuduğum vaxtda bunu müşahidə etdimki, Heydər ƏLİYEV təkcə Azərbaycanın deyil, Azərbaycanın qardaşı olan Türkiyənində Atatürklə birlikdə mənəvi atasıdır.Heydər ƏLİYEVİN bütün Türk dünyasına sloqan olmuş bütün türk dünyası türklərini birləşdirən, xüsusilə də Türkiyə, Azərbaycan qardaşlığının daimi, əbədi, yenilməz və bir olduğunu əks etdirən “BİR MİLLƏTİK İKİ DÖVLƏT” sözləridə buna isbatdır.Onun Azərbaycana 90-cı illərin əvvəllərində qayıdışı Azərbaycanın bir-birinə qopuqluq vəziyyətinin aradan qalxması, iqtisadiyyatının və ordusunun güclənməsinə səbəb oldu.

Bütün bunların hamısına səbəb Azərbaycan Xalqının ATASI OLAN Azərbaycanın dünəni, bugünü və gələcək inkişafının belə banisi olan Heydər ƏLİRZA oğlu ƏLİYEVDİR.O elə bir şəxsiyət olmuşki vətəni, xalqı və şah əsəri olan AZƏRBAYCANI üçün ölümləri gözə alan onun uğrunda öz həyatı ilə birlikdə ailəsinin həyatınıda risq altına almışdır.Dünyada ailədən övladdan üstün bizlər üçün heç bir varlıq yoxdur deyə düşünərik amma Heydər ƏLİYEV üçün ALLAHDAN başqa dünyada ikinci bir əvəz olunmaz varlıq onun üçün Azərbaycanı olmuşdur.
Çünki 1990-ci ildə Yanvarın 19dan 20-ə keçən gecə Azərbaycanın tarixinə şanlı və qara gün kimi yazıldı.Şanlı o idi ki, Azərbaycan xalqı öz müstəqilliyi vətəni üçün öz qanları bahasına belə vətənə düşman hucumunun qarşısını aldı.Qara tərəfi isə Sovet ordusunun Azərbaycana soxulub insanlara qəflətən gecə ilə divan tutub ortalığı qan gölünə boyadılar.Və bu zaman Azərbaycanda heç bir siyasi,heç bir sivil vətəndaş cürət edib danışa bilməzkən Heydər ƏLİYEV 1990-cı ilin 20 Yanvarında Sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədər ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir.O, Dağlıq Qarabağda yaranmış keskin münaqişəli kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin iki üzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyası sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər ƏLİYEV ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir.O, 1991-1993 illərdə Naxçıvan Muxtar Republikası Ali Məclisinin Sədri, Azərbaycan Ali Sovetinin sədrinin müavini olmuşdur.Heydər ƏLİYEV 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər ƏLİYEVin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı.Azərbaycanın o zamankı rəhbərləri Heydər ƏLİYEVİ rəsmən Bakıya dəvət etməyə məcbur oldular.Heydər ƏLİYEV 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respunlikası Prezidenti səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti seçildi.O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76.1 faizini toplayaraq yenidən Azərbaycan Republikasının Prezidenti seçilmişdir.2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər ƏLİYEV səhhətində yaranmış problemlərlə əlaqədər seçkilərdə iştirakından imtina etmişdir.Ulu öndərimiz,2003-cü il Dekabr ayının 12-ində Azərbaycanı,Xalqını çox kədər içində buraxaraq vəfat etmişdir.
Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətinə dayandığını nümayiş etdirən Heydər ƏLİYEV bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur.
Yazan: Elvin Ejderli