QIRMIZI QƏRƏNFİL – AZƏRBAYCANIN AĞLAYAN ÇİÇƏYİ

Cavid Memmedli 19/01/2015

Azərbaycan Odlar yurdu. Atəşlər diyarı. 1990-ci il 19-dan 20-e keçən gecə yaşananlarda Azərbaycan bağrına bir alov kimi düşdü. Bu alov sovet ordusu tərəfindən qadın, kişi, cavan, qoca demədən önünə çıxan əli silahsız hər kəsi öldürən insanların fəryadıydı. Azərbaycan üçün həmin gecə ağır bir gecəydi. Amma Bağımsızlıq, Azadlıq və Hürriyyət üçün bəlkədə gözlənilən bir gecəydi.

1980-ci illərin sonu. Sovetlər birliyində sistem çökmə nöqtəsindədir. Xalqın dövlətə güvəni qalmamışdır. 15 dövlət və onların azadlığı uğrunda etdikləri mitinqlərin sayı hesabı kəsilmirdi. Azərbaycana bağlı özəl quruluşlara ermeni bayraqları asılırdı. Sovetlər ittifaqının dağılma sürəcindən istifadə edən ermənilər Azərbaycandan torpaq tələbində bulundular. İlk zamanda 270 min azərbaycanlı öz doğma yurd yuvalarından  didərgin oldular. Bu rəqəm sonrakı zamanlarda 1 milyondan artıq oldu.

Yanvar 1990-cı  ildə Sovet ordusunda aktivlik vardır. Qızıl Ordunun Bakıya gireceyi gün işığı kimi ortada idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə rus orduları Bakıya  üc fərqli nöqtədən girdilər. Qurulan Barikatlar tankların qarşısında hec bir işə yaramadı. İndiki 20 yanvar metrosu yaxınlığında az dirənişmə oldu və dirənən xalqın hamısı şəhid oldu. Rus tankları 1956-ci ildə Budapeştə, 1964-cü ildə Praka  girdikləri kimi Bakıya da 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə girdilər. Yüzlərcə insan öldü, minlərcə insan yaralandı. Bakı küçələri  günahsız insanların al qanına boyandı.

30 yanvarda Əbülfəz Elcibəyin Azərbaycan xalqına, Birləşmiş Millətlərin Ümumi Sekretərliyinə, Avropa Güvənlik və İşbirliyi  başçısına və Dünya Demakratik Güclərinə Hitabətən yazılmış bir bəyanatı başda Azadlıq radiosu olmaq üzərə dünyanın böyük radioları tərəfindən yayınlandı. Rus vəhşiliyi bütün  dəhşəti ilə  dünyanın gözü önünə bu bəyanatla  sərildi. Dünya rusların Azərbaycana etdikləri növbəti vəhşiliyi bir kəs daha görmüş oldu. Elçibəy və çevrəsi 1990-cı il yanvarın 26-da rus ordusunun gözü önündə Azərbaycan bayrağını Əlyazmaları İnistitutunun damına asdılar. Bu zamanlar Azərbaycanda tarixi günlər yaşanırdı.Lenin meydanı Azadlıq meydanı,Sovet küçəsi isə İzmir küçəsi olaraq dəyişdirildi.

17 yanvarda Azərbaycan Xalq Cəbhəsininbaş verən hadisələr haqında bildirişi yayınlandı. Bu bildirişdə Qarbacov hökümətinin 1922-ci ildə  ildə imzalanmış İttifaq sözləşməsini  bozması nəticəsində hadisələrin qanla nəticələndiyi qeyd edildi.

19 yanvarda Sovetlər Birliyi Dövlət Başçısı Qarbacov tərəfindən Azərbaycanın müstəqillik hüquqlarının pozulmasına dair bir qərar alındı. Bakıda fövqalədə hal uygulanması ilə qərar qəbul edildi. Bu qərar qızıl ordunun Bakıya girəcəyi dedi-qodularını  xalq arasında gücləndirikən yüz minlərcə Azərbaycanlı Qızıl ordunun Azərbaycana girməsinə mane olmaq üçün şəhərin giriş nöqtələrinə insandan duvar hördülər. Lakin bunlara baxmayaraq rus sovet ordusu Azərbaycan küçələrinə girmişdilər. Ruslar tərəfindən öncədən planlanmış şəkildə Azərbaycan Televiziyasının Yayım qülləsi yanvarın 19-da saat 17-18 aralarında atəşə alınmasının tək səbəbi yanvarın 20-də baş verəcək  hadisələri televiziya tərəfindən  görüntülənməsi və yayınlanmasının qarşısı alınmış olacaqdır. Qızıl ordu tankları 20 yanvar 1990-cı ildə şəhərə insanları əzərək girdi. Qızıl ordu əskərləri yol boyu uzanan binalara, önlərinə çıxan insanlara atəş acırdılar. Yaralılara yardım edən tibb işçıləridə güllələrə məruz qalırdılar. Yaralananlara tibbi müdahilə edilməsin deyə rus əskərləri xəstəxanaların işıqlarınıda atəşə tuturdular.Tibb işçiləri əl fənərləri ilə yaralananlara yardım etməyə çalışırdıar. Həmin gecə sözün əsl mənasında bir vəhşilik yaşanırdı. O gecə insanlarla bərabər qərənfillərdə ağlayırdı, yas bağlamışdır. O gecə yaçananlar qarşısında qərənfillər də əzik, boynu bükük durmuşdu. SƏN Azərbaycan üçün bir sinvol olmuşdun. O gecə bir çiçəyin deyil, həmcinin bir millətin də taleyi dəyişdi. Həmin gecədən sonra SƏN AZƏRBAYCANIN AĞLAYAN ÇİÇƏYİ olaraq tarixin yaddaşlarına qızıl hərflərlə yazıldın...!

Yazan: Vüsale Novruzlu