2 Fevral – Gənclər Günü.

Cavid Memmedli 02/02/2015

Mərhum Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Respublikasında 2 fevral 1996-ci ildə Azərbaycan Gənclərinin I forumu keçirildi.Heydər Əliyevin sərəncamına əsasən 2 fevral 1997-ci ildən Azərbaycan Respublikasında hər il Gənclər günü kimi qeyd edilir.

Gənclər günü MDB və Şərqi Avropa ölkələrində ilk dəfə Azərbaycanda qeyd edilib.Respublikamızda qeyd edilən Gənclər günündən sonra MDB ölkələrində,eləcədə Şərqi Avropa  dövlətlərində də bu gün qeyd olunmağa başladı.Dünyada yalnız 1999-cı ildə BMT-nin qərarı ilə 12 avqust gənclər günü elan edilib.

Bugün Respublikamızda gənclərimizə istər elm,təhsil,istərsə də idmanda göstərilən diqqət və qayğı göz önündədir.Hətta cənab prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2007-ci ilin “Gənclər ili” elan edilməsi gənclərimizə ayrılan diqqətin nümunəsidir.Hal-hazırda respublikamızda dövlət qeydiyyatından keçmiş 170-dən çox gənclər təşkilatı var.

Dövlətimizin gələcəyi savadlı gənclərdə olacaqını bilən dövlət başçısı “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət  proqramı”nı yaratdı.Bu proqram çərçivəsində bütün təbəqələrdən olan gənclərimiz dünyanın sayılıb seçilən universitetlerində təhsil almaqda davam edirlər.

26 iyul  1994-cü tarixli,179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradıldı.Yaradılan Gənclər və İdman Nazirliyi gənclərimizin idmanın müxtəlif növlərində Avropa,Dünya çempionlarında ölkəmizi layiqincə təmsil etmələrinə şərait yaratdı.Buda dövlətimizin gənclərimizə ayırdığı diqqətin növbəti göstərcəsidir.

Azərbaycan gəncləri ictimai həyatın bütün sahələrində aktiv fəaliyyətləri ilə seçilirlər.Siyasi,iqtisadi,mədəni,hümanitar,sosial  tədbirlərin həyata keçirilməsində yaxından iştirak edirlər.

Yaşadığımız müstəqil,demokratik bir ölkədə biz gənclərə göstərilən şəraitə,ayrılan diqqətə görə cənab prezidentimizə dərin təşəkkürümüzü bildirirk.Biz gənclərdə bizə ayrılan diqqət və qayğıya görə vətənimiz üçün əlimizdən gələn hər şeyi etməyi qarşımıza məqsəd qoymalıyıq.Ölkəmizin iqtisadi,siyasi baxımından öndə gedən dövlətlərlə rəqabət etməsi üçün bütün gücümüzü səfərbər etməliyik.

Bir daha ölkəmizdə yaşayan gənclərimizi,eləcədə Eskişehir Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid bəy başda olmaqla xaricdə təhsil alan,yaşayan gənclərimizi 2 fevral Gənclər günü münasibəti ilə səmimqəlbdən təbrik edirəm.Təhsillərində və həyatlarında uğurlar diləyirəm.

Yazan: Vüsalə Novruzlu